ARKA-da yeni layihələr, yeni uğurlar - FOTO

 11:56 13.06.2024     822

Azərbaycan Respublikası Kino Agentliyi ,Azərbaycan kinosunun gələcək prespektivliyi istiqamətində yeni layihəyə imza atıb.

Redaktor.az xəbər verir ki, gənc və istedadli kinodramaturqlarin, kino rejissorların , operatorların, aktyorların üzə cixarılmasi, onların fəaliyyəti üçün imkanlar yaradılmasi çərçivəsində tələbə filmlərinin istehsalına dəstək verməyi qarşıya qoyulan məqsəd istiqamətində möhtəşəm işə başlanılıb.

Belə ki, ARKA və “TƏDRİS-FİLM” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı uçun kifayət qədər vəsait ayrılıb. 

Ümid etmək olar ki, “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə biməyən adam”, “Çağrılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” kimi layihələrin istehsala buraxılması ilə istedadli tələbələrlə ARKA arasında bönüövrəsi qoyulan bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.

Böyü çətinliklərdən sonra nəhayət ki, heç zaman Azərbaycan kinosunun tarixində olmayan bir işə imza atılıb.
ARKA 12 gəncin ilk filmini maliyyələşdirməklə onların sənətlə bağlı arzuları möhkəm bünövrə üzərində qurulmasına səbəb olacaq. Bu ənənə hər il davam edəcək, yəni hər il diplom işlərini ARKA maliyyələşdirəcək.

Bu mənada azərbaycanlı tələbələrin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında "Bir vaxtlar Sabunçuda", "Lənt"  filmlərinin mükafata layiq görülməsi təsadüfi deyil, Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.
Çünki ARKA kino təhsili alan azərbaycanlı təbələrin işlərini müxtəlif beynəlxalq festivallarda  təmsil olunmasını onlar üçün stimul, məsuliyyət, istədadlarını nümayiş etdirmək üçün bir meydan hesab edir.

Ona görə də, Mədəniyyət və İncəsənət Universitetinin nəzdində 10 ildən çoxdur fəaliyyət göstərən “TƏDRİS- FİLM” kinostudiyasının yarandığı dövrdən bəri ilk dəfə ARKA-dan aldığı maddi dəstəyin ,tələbə studiyasinin işində əsaslı dönüş yaradacağina böyük inam yaranır. 

Gənclərə dəstək təkcə maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası təsis edib.

Alternativ Kino Akademiyasının yaradılmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Həmçinin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin tətbiqi nəzərdə tutulur.

Tanınmış kinodramaturq, Əməkdar İncəsənət xadimi Orxan Fikrətoğlunun rəhbərliyi altında bu artıq ARKA-nın böyük uğurudur ki, yaradığı gündən ötən az müddətdə, kino sənayesi ilə bağlı qanunvercilikdəki boşluqların aradan qaldırılması istiqamətində işlərin aparılması, müasir kinematoqrafiyanın texnologiyası ilə milli ruhda əsərlərin ərsəyə gətirəcək gənc kinematoqrafçıların yetişdirilməsi həm də Azərbaycan kinosunun sağlam təməllər üzərində qurulmasi deməkdir.

Sultan AYXAN

222222