"Azərbaycanfilm" studiyasına direktor müavini təyin olundu

 13:55 21.06.2024     699

"Azərbaycanfilm" studiyasına direktor müavini təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bu posta İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin "Azərbaycanfilm" studiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.

Qeydb edəkki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynov bir mdüüət əvvəl istefa veriblər.