Adil Kərimli Laləzar Hüseynovanı direktor təyin etdi

 14:00 22.06.2024     308

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb.

O, bu gün teatrın kollektivinə təqdim edilib.

Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.