Filmlərə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI

 14:52 11.07.2024     916

Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.

Cari ilin may ayında ARKA post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşdı. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb.