"Arzu edirəm ki, ölkəmizdə ancaq gözəl xəbərlər olsun!" - Zamiq Hüseynov

 10:07 22.07.2024     891

Tanınmış müğənni Zamiq Hüseynov Milli Mətbuat Günü münasibətilkə jurnalistləri təbrik edib.

Redaktor.az müğənninin təbrik mesajını təqdim edir:

"22 İyul - Milli Mətbuat Günüdür. Bu münasibətlə mən bütün mətbuat işçilərini, jurnalistləri təbrik edirəm. Onlara sağlamlıq, gözəllik, gözəl həyat arzu edirəm. Bununla yanaşı, öz peşələrində yeni nailiyyətlər, uğurlar diləyirəm. Arzu edirəm ki, ölkəmizdə ancaq gözəl xəbərlər olsun və jurnalistlər də iti qələmləri ilə  ancaq belə xəbərlər yazsınlar. Hər sahədən, eləcə də, musiqidən, idmandan yalnız gözəl xəbərlər eşidək, oxuyaq onların peşəkar qələmi ilə! Bütün dostlarımı, tanıdığım və ya tanımadığım bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək!"

Sultan AYXAN