Misgərlik sənəti ornamentlərinin kataloqu hazırlandı

 16:37 31.07.2024     773

“İCOMOS Azərbaycan” İctimai Birliyi “Azərbaycan misgərlik sənəti ornamentləri” adlı elektron kataloq hazırlayıb. Kataloqda Azərbaycan dekorativ-tətbiqi sənət sahələri içərisində ənənəvi hazırlanma üsulu ilə günümüzə kimi gəlib çatan sənət növlərindən biri olan misgərlik sənət nümunələrinin üzərindəki naxışlar və onlar haqqında məlumatlar yerləşdirilib. 

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra edilmiş “Azərbaycanın ənənəvi Lahıc misgərlik məktəbinə aid ornamentlər və onların simvolikalarının kataloqlaşdırılması” layihəsi çərçivəsində 100-dən çox ornament araşdırılıb. Araşdırmalar misgərlik məskəni olan Lahıc, ətrafdakı Basqal qəsəbəsi və sənətkarlıq məktəbi sayılan Şəkidə aparılıb. 

Bu zaman  misgərlik nümunələrinin (məişət əşyaları, məcməyilər, sürahilər, lampalar və s) üzərindəki unikal naxışarın fotoları çəkilib. Daha sonra özündə konkret məna daşıyan bu naxışların illüstrasiyalıarı çıxarılıb. Eyni zamanda, həmin ornamentlər haqqında əsas informasiyalar (naxışın adı, tapıldığı zona, mənsub olduğu məktəb, təxmini istehsal tarixi və s.) mətn halıdna hazırlanıb. Nəticədə ornamentlərij fotoları və illüstrasiyaların müşayiətedici mətnlərlə birlikə kataloq formasında hazırlanıb. 

Kataloqun son versiyası internetə yerləşdiriləcək və linki “İCOMOS Azərbaycan” İB-nin sosial şəbəkə hesablarından paylaşılacaq. Qeyd edək ki, belə bir elektron kataloqun yaradılması ölkəmizdəki qədim mis əşya  naxışlarının təsnifatına, unudulmaqda olan naxışların aşkar edilərək ortaya çıxarılması və gələcək nəsillər üçün saxlanmasına  şərait yaradacaq. Həmçinin, Lahıcın qədim ənənəvi sənətkarlıq irsi, sənətkar ailələri və şəcərələrinə aid mühüm təfsilatların da aşkarlanması və elektronlaşdırılmasına öz töhfəsini vermiş olacaq.

Redaktor.az

2