Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.
Bu barədə Redaktor.az-a Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.
Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.
