Rusiya və Azərbaycan köhnə filmlərin birgə remeyklərini yarada bilər

 12:16 31.08.2024     543

Azərbaycan gələcəkdə Rusiya ilə birlikdə ölkənin rusdilli əhalisi arasında populyar olan köhnə filmlərin remeyklərini yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov Moskva Beynəlxalq Film Həftəsinin kuluarlarında bildirib.

O qeyd edib ki, bir çox Rusiya şirkətləri Azərbaycana film və serial çəkmək üçün gəlirlər.

“Gələcəkdə rusdilli əhalimiz arasında çox populyar olan köhnə filmlərin remeykləri ola bilər. Ölkələrimizin tamaşaçılarını birləşdirəcək yeni filmlər olacaq”, - Əzizov deyib.

Şöbə müdiri qeyd edib ki, Rusiyanın animasiya filmləri azərbaycanlı tamaşaçılar arasında xüsusilə populyardır. “Burada əməkdaşlığın bir neçə səviyyəsi ola bilər - həm yaradıcılıq, həm də distribusiya. Bunun üçün isə xüsusi platformalar və layihələr tələb olunur”, - Rəşad Əzizov bildirib.

“Bundan əlavə, Azərbaycan məzmunu da yeni bazarlar axtarır. Rusiyada böyük Azərbaycan diasporu yaşayır, ona görə də mövzu və problemlər çox oxşardır. Bu isə mütləq bir-birimizə yaxın olmağımıza şərait yaradır”, - o deyib.