Ceyms Kemeron Xirosimanın bombalanması haqqında film ÇƏKƏCƏK

 17:57 17.09.2024     475

Rejissor Ceyms Kemeron Xirosimanın bombalanması haqqında film çəkməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Deadline" portalı məlumat yayıb.

Avatarın yaradıcısı artıq növbəti layihəni seçib. Bu, yazıçı Çarlz Pelleqrinonun Xirosima və Naqasakinin bombalanmasından bəhs edən iki kitabının - “Xirosimadan gələn sonuncu qatar” və “Xirosimanın kabusları”nın filmə uyğunlaşdırılması olacaq. Məlumdur ki, ikinci kitab yalnız 2025-ci ildə, birinci romanın çıxmasından düz 20 il sonra işıq üzü görəcək.

Hər iki əsərin süjeti faciədən sağ çıxan insanların nöqteyi-nəzərindən danışılır.

Qeyd edək ki, Kemeron çoxdandır ki, filmə rejissorluq etmək istəyirdi.

Türkan İSGƏNDƏRLİ