Türkiyəli diplomat İslam dünyası üçün "Çıxış yolu" kitabını yazdı - FOTO

 13:20 11.10.2024     735

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müəllifi olduğu "Çıkış yolu" adlı kitab nəşr edilib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomat öz sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu araşdırma geosiyasi transformasiyanın qanlı nöqtələri olan Suriya və Yəmən hadisələrindən  başlayaraq İslam Dünyası üçün sivil sülhün formulunun axtarışına və bu dilemmadan çıxış yolunun axtarışına töhfə vermək məqsədi daşıyır. Bu işi son 20 ildə araşdırdıq və dostlarımıza, tələbələrimizə  töhfə etdik. Divan Araşdırma və Təhsil Dərnəyinin Başqanı cənab Ergün Engin Ərzurum Böyükşəhər Bələdiyyə Başqanı Sayın Mehmet Sekmen, EBB Mədəniyyət Departamentinin Başqanı Sinan Celikkol dəyər və önəm üçün təşəkkür edirəm. Əsərin ön sözünü Bakıda yazmaq nəsib oldu. Artıq Azərbaycan və Türkiyə üçün yeni əsərlər yazmağa başlamışam”, - deyə Cihangir İşbilir əlavə edib.

2