Mədəniyyət naziri yeni rəis təyin etdi - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyinatı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi təyin edilib.
P.Kazımov bu təyinatadək nazirliyin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.