"Anar müəllimin övladı yaşında bir diktatorun sonuna da şahidlik edirik" - Yazıçı

 13:05 11.12.2024     537

Yazıçı Şərif Ağayar Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədi müqayisə edib.

Redaktor.az xəbər verir ki, Şərif Ağayar Anarın övladı yaşda bir diktatorun sonuna şahidlik etdiyimizi bildirib:

"Bəşər Əsəd Anar müəllimdən düz 27 yaş balacadır. Artıq biz sözün bütün mənalarında böyük Anar müəllimin övladı yaşında bir diktatorun sonuna da şahidlik edirik.

O isə sarsılmazdır!

Tanrının belə bir güc bəxş etdiyi insana biət eləməmək insanlıq işi deyil.

Mən özüm “Anar müəllim, belə olmaz” deyə-deyə 50 yaşı haqlamışam. Nəhayət, çoxunun gəldiyi və hamının əvvəl-axır gələcəyi bir həqiqəti bütövlüyü ilə qavramağa başlamışam.

Bu həqiqət, heç Eynşteyn kimi dühanın da axıracan anlaya bilməyəcəyi amansız, dəhşətli, tükürpərdrici Azərbaycan gerçəkliyidir.

Nəhayət qəbul edirəm – Dünya özü bilər, bizim Tanrımız Anarladır.

Ləbbeyk, ibn Rəsul!

Əssalamu-əleykum, ya anarəlmöminin!".

Vasif