Salam Sarvan kanal açdı: Maraqlı layihələr təqdim OLUNACAQ

Tanınmış şair Salam Sarvan YouTube kanalı açıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Qaynarinfo"-ya danışan şair deyib ki, kanal dəyərli bir oxucunun təşəbbüsü ilə açılıb:
"Hələlik orda özüm səsləndirdiyim şeirlərim yerləşdirilir. Amma bir azdan müxtəlif maraqlı layihələr də təqdim olunacaq”.
Salam Sarvan çox orijinal, hətta sürpriz xarakterli bir kanal ərsəyə gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.