Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Xətai Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:
"Hazırda vəziyyəti qənaətbəxşdir".
"Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi", - deyə məlumatda bildirilib.