Teatr Xadimləri İttifaqı məhkəməyə verildi: Səbəbini özləri də BİLMİR

 15:01 23.12.2024     100

Azərbaycan Teatr Xadimləri İttifaqı məhkəməyə verilib. 

Redaktor.az xəbər verir ki, iddiaçı Ağayev Şamil Allahverdi oğludur. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Prosesə hakim Mədinə Bağırova sədrlik edəcək. 

Açıq mənbələrdə işin mahiyyəti barədə heç bir məlumat yoxdur. 

 Azərbaycan Teatr Xadimləri İttifaqından belə bir məhkəmə prosesi ilə bağlı məlumatdan xəbərsiz olduqlarını bildiriblər:

"Belə bir iş illər öncə olub. Əgər indi belə bir məhkəmə prosesi varsa, biz məlumatsızıq. Quruma məhkəmədən hər hansı bildiriş daxil olmayıb" (Qaynarinfo).