“Möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” - Dostu Azərin son durumunu açıqladı
“Azər Baxşəliyevin son durumu kritik olaraq qalır. Hazırda süni tənəffüs aparatına qoşulub”.
Redaktor.az xəbər verir ki, bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni məlumat paylaşıb.
“Həyatın ən çətin anlarında belə möcüzələrə inanmaqdan başqa çarəmiz qalmır” , - İ.Həsəni qeyd edib.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev iki gün əvvəl günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. ATU-dan bildirilib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.