Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edildi

 13:48 04.02.2025     100

Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.

Redaktor.az xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.

O, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.