SSRİ xalq artisti beyin infarktı KEÇİRDİ

 11:57 07.02.2025     74

95 yaşlı SSRİ xalq artisti Oleq Strijenov beyin infarktı - işemik insult keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Strijenov kəskin ağrıya görə xəstəxanaya yerləşdirilməsini tələb edib. Həkimlər aktyorun vəziyyətini stabilləşdirə biliblər.

Sənətçi hazırda özünü yaxşı hiss edir. Bu məlumatı onun oğlu, aktyor və rejissor Aleksandr Strijenov da təsdiqləyib.

Sovet aktyoru Oleq Strijenov "Xoşbəxtliyin valehedici ulduzu", "Ağ gecələr", "At milçəyi", "Mənim sevimli klounum", "Pyotrun gəncliyi", "Maça kraliçası" və digər filmlərdəki rolları ilə tanınır.

Türkan İSGƏNDƏRLİ