"Ağsaqqal şairlər yığışıb bunu danlamalıdır ki, ay Baba, sən hansı aləmi deyirsən?" - Etibar Əliyev

Məmləkətdə şair işləyənlərin sayı ortabab şairlərdən qat-qat çoxdur. Mənim dünyagörüşümdə şair tamamilə fərqli obrazdır. 100-lərə əsl şair adı çəkə bilərəm. Xülasə...Məmləkətdə şair işləyənlərdən biri də Baba Vəziroğludur. Onun poeziyasını Vahid Əzizin poeziyası qədər "sevirəm." Təsadüfən Vəziroğlunun bir xanımla söhbəti qarşıma çıxdı. Dəyərli dostlar! Görün nə uydurub".
Redaktor.az xəbər verir ki, bunu fəlsəfə doktoru Etibar Əliyev şair Baba Vəziroğlunun şeiri haqda danışarkən deyib.
"Umayra xanım adlı bir xanım vardı, indi də o sahədə çalışır, amma daha böyük vəzfədə. O zaman hava proqnozunu oxuyurdu. Mən televizorda ona baxa - baxa bu şeiri düşündüm yazdım.Çünki mən tamam başqa bir aləmdə idim, o hava proqnozunu dedikcə mən tamam başqa bir aləmdə idim. Və öz hava proqnozumu paralel şəkildə belə ifadə etdim.
Havadan danışır bir gözəl xanım
Deyir yağış töküb, qar yağacaqdır
Gah günəş çıxacaq, gah Ay doğacaq
Havalar tutulub, açılacaqdır
P.S. İndi bizim məktəblərin 5-6-cı sinif şagirdləri var ki, belə şair işləyənlərdən gözəl şeirlər yazırlar. Məni təəccübləndirən başqa şey oldu. Vəziroğlu deyir ki, mən tamam başqa bir aləmdə idim. Ağsaqqal şairlər yığışıb bunu danlamalıdır ki, ay Baba, sən hansı aləmi deyirsən? Təhtəlşüurunda qəstümun döş cibinə pul basmaq, restoranlarda şeirlə sağlıq demək, nazir şairi olmaq kimi aləm parıldayır. Aləm sözü əsl şairlər üçün tamamilə başqa məna kəsb edir. Qətiyyən qarışdırmaq olmaz".