Tanınmış kinoprodüser vəfat ETDİ

 17:13 24.02.2025     643

“Azərbaycanfilm”in sabiq direktor müavini, kinoprodüser Aydın İmrani vəfat edib.

 Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycanfilm” məlumat yayıb.

Qeyd edək ki, A. İmrani 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında inzibatçı, film direktoru, kinostudiyanın direktor müavini vəzifələrində çalışıb.

O, “Evlənmək istəyirəm”, “Cin mikrorayonda”, “Özgə ömür”, “Lətifə” və bir sıra məşhur filmlərin direktoru olub.

Vumart və Güvən reklamı Vumart Güvən