"Əməliyyatımın qiyməti 40 min manatdır" - Allahverdi Yolçuyev

 11:35 26.02.2025     147

"Zaryadka"dan təzə çıxmışam, Allah var eləsin Məlhəm klinikasının işçilərinə. Başda Sevda xanım olmaqla, məni əməliyyat eləyən Teyyub həkimə, nevroloq Aydın həkimə sağ olun deyirəm. Bakı parkinsonizm mərkəzi, bütun kollektiv var olsun"

Redaktor.az xəbər verir ki, bunu aktyor Allahverdi Yolçuyev deyib. O, parkinson xəstələrinə səslənərək vaxtında həkimə getmələrini məsləhət görüb:

"Neçə il mənim əziyyətimi çəkən bioloji təbabət klinikasınin başda Səbirə xanım, Elxan müəllim Gülnar xanım ,taninmış həkim nevroloq Aygün xanım olmaqla bütün kollektivə var olun deyirəm,məni ilk dəfə müayinə eyləyən peşəkar həkim Elxan həkimə təşəkkür ümü bildirirəm Lamiyə xanım çox sağ olun ümumiyyətlə bütün həkimlər daim var olsunlar ola bilsin kiminsə adinı çəkmədim, bağışlayın zəhmətinizin halal eyləyin var olsun Azərbaycan həkimləri!! Parkinson xəstələri xahiş edirəm sizdən həkimə vaxtında müraciət edin ,düzdü əməliyyat bahadır,amma neyləmək olar pillər Amerikadan gətirilir ona görə bahadır 25 il zəmanəti var, qiyməti 40 min AZN-dir". 

Qeyd edək ki, parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev ötən ilin yayında beyin pili əməliyyatı keçirib. 

Vasif