Xalq artisti doğum günündə anasını İTİRDİ

 13:36 05.03.2025     148

Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, aktrisanın doğum günündə anası dünyasını dəyişib.

Onu təbrik etmək üçün zəng etmişdik, acı xəbər eşitdik. Xalq artisti gözyaşları içərisində anasını itirdiyini söylədi:

"Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki. xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır (yenicag.az).