Mübariz İbrahimov haqda film çəkəcəkdi, olmadı - Foto

 17:25 21.03.2025     55

Türkiyənin məşhur rejissoru və prodüseri Osman Sınavın vəfat etməsi Azərbaycanda da üzüntü ilə qarşılanıb.

Redaktor.az-ın məlumatına görə, Əməkdar incəsənət xadimi, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Osman Sınavla bağlı təəssüfünü belə ifadə edib:

“Osman Sınavın xəbəri çox üzücü oldu. Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında film çəkmək istəyirdi. Deyirdi, müasir dövrün Türk qəhrəmanının adına layiq film çəkilməlidir. Ona çoxlu material göndərdim. Xəstəlik aman vermədi. Doğmalarına və bütün Osman sevənlərə dərin hüznlə başsağlığı verirəm!”.

Xatırladaq ki, "Deli Yürek", "Ekmek Teknesi", "Kurtlar Vadisi", "Sakarya Fırat" kimi film və serialların rejissoru olmuş Osman Sınav dünən 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

2