Aktyor Rəşid Tuquşev vəfat etdi

Rusiyalı aktyor və rejissor Rəşid Tuquşev 63 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin “kino-teatr.ru” portalındakı profilində məlumat yer alıb.
Saytda yayılan məlumata görə, aktyor martın 28-də dünyasını dəyişib. Təfərrüatlar barədə məlumat verilmir.
Rəşid Tuquşev 28 noyabr 1961-ci ildə anadan olub. Təhsilini Moskva İncəsənət Teatr Məktəbində alıb və o vaxtdan yaradıcılıqla məşğuldur. Rəşid illər ərzində Vsevolod Meyerhold Mərkəzində işləyib, həmçinin Sovremennik Teatrında “Qaranlıq” tamaşasını səhnələşdirir və Moskva Kiçik Teatrının əsasını qoyub.
Tamaşaçılar Rəşid Tuquşevi “Turetski marşı”, “Kamenskaya”, “Molodejka” və “İz” kimi məşhur seriallardakı rollarından tanıyır. Bundan əlavə, o, "Vısotski. "Yaşadığınız üçün təşəkkür edirəm" filmində oynayıb.
Turan İSMAYIL