Mədəniyyət Nazirliyində yeni təyinatlar - FOTO

 14:15 07.04.2025     198

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, Aydın Bəşir oğlu Bəşirov Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonu üzrə nümayəndəsi Namiq Tarverdiyev isə bu idarənin rəisi təyin olunub.

Qeyd edək ki, N.Tarverdiyev daha əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində də çalışıb (Qafqazinfo). 

Fotoda Aydın Bəşirov

Fotoda Namiq Tarverdiyev