IX Muğam Televiziya Müsabiqəsinin seçim mərhələsi BAŞLADI

 15:37 09.04.2025     376

IX Muğam Televiziya Müsabiqəsinin ilkin seçim mərhələsi keçirilib.

Bu barədə Redaktor.az-a layihənin icraçı direktoru İlqar Fəhmi məlumat verib.

O bildirib ki, seçim mərhələsinin ilk turunda şimal bölgəsindən olan namizədlərin çıxışları Sumqayıtda dinlənilib.

İcraçı direktor qeyd edib ki, ikinci mərhələ aprelin 13-də Şamaxıda keçiriləcək: “Bu mərhələdə Mərkəzi Aran rayonlarından olan namizədlərin çıxışları olacaq. Son olaraq Ağcabədidə Qarabağ bölgəsindən olan namizədlərin çıxışları dinləniləcək”.

Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.