Deputat Xalq artistinin ölkəyə qayıtmasını İSTƏYİR

“Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
O bildirib ki, Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir.
“Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb, onu vətənə dəvət etsin”, - S.Aran deyib.