Son rəsmini ölümü ərəfəsində tamamladı

 20:00 22.04.2025     159

SSRİ və Rusiya Federasiyasının xalq rəssamı Zurab Tsereteli ölümü ərəfəsində sonuncu rəsmini tamamlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun köməkçisi Sergey Şaqulaşvili “Abzats” nəşrinə müsahibəsində danışıb. 

"Biz hamımız Zurab Konstantinoviçin yanında idik. Dünən o, hətta kiçik, adi bir iş gördü" - köməkçi deyib. 

Onun sözlərinə görə, rəsm "Şəhər adamları" adlanır. O, rəssamın gördüklərini çəkdiyini qeyd edib.

Şaqulaşvili Tseretelinin yaddaşlarda həmişə yalnız yaxşılıq edən, həyatını sənətə, insanlara həsr edən parlaq, xeyirxah və gözəl insan kimi qalacağına şübhə etmir.

Qeyd edək ki, Zurab Tsereteli aprelin 22-nə keçən gecə 91 yaşında ürək tutmasından sonra vəfat edib.

Turan İSMAYIL