“Deyir ki, süni intellektlə sizdən yaxşı musiqi yazıram...”

“Vaxt var idi, məni bəstəkar kimi dəvət edərdilər ki, filmə, tamaşaya və ya nələrəsə musiqi yazım. Sonralar isə bir veteran kimi xatirələrimi danışmağa çağırırdılar, elə indiyə qədər də bu davam edir. Eyni şeyləri dəfələrlə danışmaqdan yorulmuşam, ona görə də evdə oturub öz işimlə məşğul olmaq mənə daha xoşdur”.
Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Eldar Mansurov Oxu.az-a müsahibəsində deyib.
“Hər zamanın öz tələbi var. Artıq zaman, adamlar və zövqlər dəyişib. Bu haqda danışmaq istəmirəm. Ən yaxşı bəstələr qaldı keçmişdə, ən yaxşı ifalar da elə oralarda... Bu yaxınlarda bir gənc mənim musiqimə şərh yazdı ki, “indi kompüter dövrüdür, süni intellektlə mən sizdən yaxşı musiqi yazıram”. Nə deyim…” , - deyə bəstəkar bildirib.