Milli Konservatoriyada yeni təyinat

 12:28 03.05.2025     195

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

Redaktor.az APA-ya istinadla xəvər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.

Milli Konservatoriyadan faktı təsdiqləyiblər.

Digər xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.