Nazir Aygün Səmədzadəyə vəzifə VERDİ

 09:33 17.05.2025     125

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov idi. Ramil Qasımov nazirin müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini təyin edilib.