Naftalanda “Türk mətbəxi həftəsi” qeyd olundu - FOTO

 16:52 22.05.2025     93

Naftalan şəhərində fəaliyyət göstərən “Chinar Health Hotel”də mayın 21-dən 27-dək keçirilən “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir təşkil olunub. Tədbir Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulluğu, Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “Chinar Health Hotel”in dəstəyi ilə keçirilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru, Gəncə Regional Turizm İdarəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul əməkdaşlar iştirak ediblər.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Baş konsul Türkiyə mətbəxinin zənginliyindən bəhs edərək, çox əsrlik ənənələrin izlərini daşıyan bu ləzzətlərin həm türk mətbəxinin çeşidliliyini, həm də dünyəvi dəyərini ortaya qoyduğunu vurğulayıb.

Hoteldə istirahət edən xarici ölkələrdən olan turistlər təamların dadına baxıb, canlı türk musiqisi dinləyiblər.

222222