Laçındakı Ağoğlan kilsəsinin bərpası ilə bağlı təkliflər verildi

"Laçında Ağoğlan kilsəsinin bərpası üçün digər dövlət qurumları ilə birgə səylərimiz var”.
Redaktor.az xəbər verir ki, bunu APA-nın Laçına ezam olunmuş əməkdaşına açıqlamasında xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, kilsənin bərpası istiqamətində təkliflər verilib: “Mədəniyyət Nazirliyi öz qurumları vasitəsilə bu məsələni nəzərdə saxlayır. Çox uğurlu addımlardan biri odur ki, nazirlik Laçında tək Ağoğlan kilsəsinə yox, digər abidələrə də mütəmadi nəzarəti təmin etmək üçün nümayəndələr təyin edib. O nümayəndələr vasitəsilə bütün abidələrin cari statusu mütəmadi olaraq məlumatlar əsasında yenilənir”.