Azərbaycanla Gürcüstan mədəniyyət sahəsində əməkdaşlıq sənədi imzalayacaq

"Azərbaycan və Gürcüstanın mədəniyyət nazirləri plan üzrə müxtəlif sahələrdə əməkdaşlığın qurulması üzərində iş aparırlar. Nazirlərin müəyyən layihələrin həyata keçirilməsi ilə bağlı sənəd imzalaması planlaşdırılıb".
Redaktor.az Teleqraf-a istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Gürcüstanın Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimində bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Adil Kərimlinin bu ilin payızında Tbilisiyə səfərinin gözlənildiyini bildirib.
Səfirin sözlərinə görə, bu il ərzində Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze Azərbaycanda iki dəfə səfərdə olub. O vurğulayıb ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişafı üçün zəmin yaradılır.