Rüstəm Behrudinin "Dar ağacı" məşhur türk serialında - VİDEO

Azərbaycan şairi Rüstəm Behrudinin "Salam, dar ağacı" şeirinə yazılmış və Şəmistan Əlizamanlı tərəfindən ifa olunan mahnı TRT1-də yayımlanan məhşur türk serialı "Mehmed: Fatehlər sultanı" serialında səsləndirilib.
Redaktor.az xəbər verir ki, musiqi ötən gecə serialın 49-cu bölümündə (sezon finalı) Osmanlı sədrəzəmi Çandarlı Xəlil Paşanin dar ağacından asılması səhnəsində yer alıb.
Həmin səhnədən videonu təqdim edirik:
Turan İSMAYIL