Deputatdan toyda rep deyən Alim Qasımova REAKSİYA: "Mərsiyyə deməliydi?"

"Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
"Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm", - deyə deputat qeyd edib.
Xatırladaq ki, Xalq artisti Alim Qasımovun məclislərdən birində rep deməyi tənqidlərə səbəb olub.
Turan İSMAYIL