Tanınmış tarzən vəfat ETDİ

 10:09 14.06.2025     146

Tanınmış tarzən Cəmaləddin Hüseynov vəfat edib.

Redaktor.az Naxçıvan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Cəmaləddin Hüseynov uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, ustad tarzən Naxçıvan Musiqi Kollecinin müəllimi işləyib. Bundan əvvəl isə o, uzun illər Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışıb.