Arif Babayevlə vida mərasimi harada keçiriləcək?

 11:35 01.08.2025     302

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən