TƏBİB-dən Elçin Əfəndiyevin ölümü ilə bağlı AÇIQLAMA

 16:40 03.08.2025     62

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı məsələyə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib:

"Avqustun 3-də, saat 11:30-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Müraciətlə əlaqədar hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Ünvanda 1943-cü il təvəllüdlü yazıçı Elçin Əfəndiyevin həkiməqədər ölüm faktı qeydə alınıb".

Vumart və Güvən reklamı Vumart Güvən