Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.
Redaktor.az xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, tanınmış qələm adamları, o cümlədən bir sıra ictimi xadimlər iştirak ediblər.
***
Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov və müavinləri, mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri və media mənsubları iştirak ediblər.
***
Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilir.
Redaktor.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.