Əminə Yusifqızı dəfn olundu - YENİLƏNİB

 15:30 10.10.2025     1222

Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

***

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.

Redaktor.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak edirlər.

Qeyd edək ki, Əminə Yusifqızı bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.

Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.

Vumart və Güvən reklamı Vumart Güvən