Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət ETDİ
Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.
Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.














