Xankəndi Dövlət Dram Teatrının binasında yenidənqurma işlərinə bu qədər məbləğ sərf OLUNACAQ

 23:42 26.12.2025     671

Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "İqtisadiyyat.az" Mədəniyyət Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, nazirlik bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını "Crystal İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidənqurma işlərinin icrasına 7,9 milyon manat vəsait sərf olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən