Dövlət teatrlarında baş rejissor ştatı ləğv EDİLDİ

 17:09 26.01.2026     540

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirlik tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

“Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rəssam, bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb”, - məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən