Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edildi - FOTO

 15:39 11.02.2026     408

Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

Redaktor.az xəbər verir ki, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən