"Ramiz Mehdiyevin pullarını verin, filmlər çəkilsin" - Aqil Abbas
"Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pullar tapıldı, bu 10 dənə tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin bu filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyədə filmlərlə Fateh Sultan Mehmet dünyanı tutub. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas bildirdi.
Onun fikirlərinə irad tutan spiker Sahibə Qafarova isə bildirdi ki, çox şey danışdınız amma heçnə danışmadınız:
"Sizin çıxışınız üçüncü oxunuşun tələblərinə uyğun deyil. Bura Azərbaycandır və Azərbaycanın öz qayda və qanunları var".
Nuriyyə NATİQQIZI













