Azıx mağarasından mühüm məlumatlar gözlənilir - Prezidentin köməkçisi

 18:23 16.03.2026     275

Azıx mağarasında yerli və beynəlxalq alimlərin tədqiqatları davam edir.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

“Azıx mağarası Qafqazda və ümumilikdə, Avrasiyada ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur. Hazırda burada həm beynəlxalq, həm də yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam edir. Bu araşdırmaların Neandertalların və Homo Sapienslər barədə, onların bölgədə birgə və ya paralel yaşayış ehtimalı haqqında mühüm məlumatlar ortaya qoyacağı gözlənilir”, - deyə o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən