Sabah bu muzeylərə giriş pulsuz OLACAQ

 21:14 17.04.2026     562

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən