Oljas Süleymenovdan Bakıya mesaj: “Ortaq əsərimiz sülh olmalıdır”

 13:26 06.05.2026     429

Qazaxıstanlı şair və ictimai xadim Oljas Süleymenov Bakı və Azərbaycanla bağlı müraciət yayımlayıb. O, çıxışında paytaxtda keçirdiyi günləri xatırladığını, yerli insanlarla ünsiyyət qurduğunu və Azərbaycan xalqını məğrur xalq kimi dəyərləndirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Süleymenov çıxışında xalqlar arasında anlaşmanın vacibliyinə toxunaraq qeyd edib ki, birtərəfli yanaşmalar milli incikliklərə səbəb olur. Onun sözlərinə görə, tarixdə baş vermiş hadisələr, o cümlədən humanitar yardımla bağlı nümunələr daha obyektiv şəkildə təqdim olunmalıdır ki, xalqlar bir-birinə daha yaxın olsun.

O, xüsusilə vurğulayıb ki, nifrət gələcək nəsillərə ötürülməməlidir: “Uşaqlar siyasətdən kənarda qalmalı və sadəcə xoşbəxt olmalıdırlar”.

Çıxışda humanitar məsələlərə də diqqət çəkilib. Süleymenov müharibə bölgələrində yaşayan uşaqlara yardımın vacibliyini qeyd edərək bildirib ki, hazırda əsas məqsəd sülhün, sabitliyin və insanların sağlamlığının təmin olunmasıdır.

Sonda Süleymenov Azərbaycanı onun həyatında mühüm rol oynayan ölkələrdən biri kimi qiymətləndirib və bu ölkəyə xüsusi bağlılığını ifadə edib.

Videonun tam versiyasını təqdim edirik:

https://cloud.mail.ru/public/8pfD/3PWTwFFMU

Vumart və Güvən reklamı Vumart Güvən