"Bu mükafat bizə həm maddi, həm də mənəvi dəstəkdir" - Naibə Allahverdiyeva
Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Prezident mükafatına layiq görülən sənətçilər arasında Xalq artisti Naibə Allahverdiyeva da yer alıb.
Redaktor.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bu mükafatın gözlənilən olduğunu bildirdi:
"Əlbəttə, bu mükafatı gözləyirdim. Çox sevindim. Öncəliklə ölkə başçımıza öz minnətdarlığımı bildirirəm. Yəni bu mükafat bizə həm maddi, həm mənəvi köməkdir".
Müsahibimiz vurğuladı ki, teatr sahəsində maaşlar çox aşağıdır:
"Ümumiyyətlə, teatr sahəsində, xüsusilə bizim teatrın maaşları aşağıdır. Yəni Milli Gənc Tamaşaçılar Teatrı. Ona görə də bu, bizə maddi, həm də mənəvi dəstəkdir. Ona görə, əlbəttə, sevindim".
Xədicə BAXIŞLI












